Rusiyada sərbəst toplaşmaq 5 il işlə  yekunlaşa bilər
21 may 2014 02:13 (UTC +04:00)

Rusiyada sərbəst toplaşmaq 5 il işlə  yekunlaşa bilər

Rusiya duması mitinq keçirərkən qaydaları dəfələrlə pozanların cinayət məsuliyyətinə cəlb olunması haqda qanun layihəsini birinci oxunuşda qəbul edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, cinayət və inzibati məcəllədə, o cümlədən “Polis haqda”, “Yığıncaq, mitinq, nümayiş, yürüş və piketlər haqqında” qanunlara dəyişiklər ediləcək.

 

Yeni qanuna əsasən, əgər mitinq keçirərkən, 180 gün ərzində iki dəfədən artıq qanun pozuntusu aşkarlanarsa, o halda 600 min rubldan bir milyonadək cərimə kəsiləcək.

 

Bundan başqa qanun pozucusu bir ildən 2 ilədək islah-əmək işinə , 5 ilədək məcburi əməyə cəlb edilə bilər, yaxud bu müddətə azadlıqdan məhrum edilə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592
avatar

Oxşar yazılar