Rusiyanın Mari Muxtar Respublikasının inzibati mərkəzi olan Yoşkar-Ola şəhərinin meri itkin düşüb. Lent.az-ın modern-ə istinadən məlumatlna görə, mer Pavel Plotnikovun itkin düşməsi ilə bağlı onun xanımı polisə müraciət edib.
“Xanımının məlumatına görə, mer aprelin 17-də İnşaatçılar küçəsinə gedib və bundan sonra onun haqda heç bir məlumat yoxdur”.
Pavel Plotnikovun tapılması üçün bütün polis qüvvələri səfərbər olunub.
Əsası 1584-cü ildə qoyulan və Mariy El Pespublikasının inzibati mərkəzi olan Yoşkar-Ola şəhərinin 263 min sakini var.