Çelyabinsk qubernatorunun müavini Nikolay Sandakov böyük məbləğdə rüşvət aldığına görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Sandakov böyük məbləğdə rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Çelyabinsk vilayətinin qubernatoru Boris Dubrovskinin mətbuat xidmətindən bildirilib ki, bölgənin rəhbəri müavininin saxlanılması ilə bağlı hazırlanan əməliyyat barədə məlumatlı olub.
“Qubernator Boris Dubrovski bugünkü hadisəyədək keçirilmiş bütün tədbirlərdən xəbərdar olub və əməliyyat barədə də məlumatlandırılıb”, deyə qubernatorun mətbuat katibi Oleq Qrişankov bildirib.