Rusiyada qatar qadın və iki uşağını vurub
08 fevral 2016 10:52 (UTC +04:00)

Rusiyada qatar qadın və iki uşağını vurub

0

Rusiya Federasiyası Başqırdıstan Respublikasında yük qatarı qadın və iki uşağını vurub.

 

APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə Meleuz dəmiryol stansiyası yaxınlığında yanvarın 8-də baş verib.

 

27 yaşlı qadın hadisə yerində ölüb. 3 və 5 yaşlı iki uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

 

Sonradan məlum olub ki, qadın eşitmə və danışma qabiliyyəti olmayan 3-cü qrup əlildir.

 

Faktla bağlı istintaq öncəsi yoxlama aparılır. Nəticəyə əsasən, cinayət işinin başlanıb-başlanmayacağı qərarı veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar