Rusiyada öldürülən İŞİD-çilərin sayı 14-ə çatıb
23 noyabr 2015 14:03 (UTC +04:00)

Rusiyada öldürülən İŞİD-çilərin sayı 14-ə çatıb

0

 Rusiya hüquq-mühafizə orqanlarının Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində ölənlərin sayı 14-ə çatıb.

 

APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, öldürülənlər “İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvləridir.

 

Yerli hüquq-mühafizə orqanları məhv edilən terrorçuların İŞİD nəzdində yaradılmış “”Mərkəz qrupu”-nun üzvləri olduğunu açıqlayıb. Onların arasında qrupun lideri Yuriy  Bitsuyevin olduğu da bildirilir.

 

Qeyd edə ki, noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 11 İŞİD-çini məhv ediblər.    

 

 

Axşam saatlarında təhlükəsizlik qüvvələri şübhəli avtomobili saxlamaq istəyib. Avtomobildəki 3 nəfər onlara atəş açıb. Cavab atəşi ilə onların hər üçü öldürülüb.

 

Qeyd edək ki, noyabrın 10-da Nalçikdə İŞİD-in yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar