Rusiyada nazir özünü güllələdi
03 yanvar 2015 17:23 (UTC +04:00)

Rusiyada nazir özünü güllələdi

0
Rusiyada nazir intihar edib.

 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Rusiya Federasiyasının Mari El Respublikasında baş verib. Respublikanın daxili işlər naziri, general-mayor Vyaçeslav Buçnevin bu gün öz kabinetində intihar etdiyi bildirilir.

 

Qeyd olunub ki, nazir bu gün işə gələndən sonra onun kabinetində atəş səsi eşidilib. General-mayorun xidməti otağında özünü vurduğu bildirilir.

 

Rusiya Daxili İşlər Nazirliyindən bununla bağlı verilən məlumatda Vyaçeslav Buçnevin dekabrın 26-dan məzuniyyətdə olduğu, onun məzuniyyətinin yanvarın 8-də başa çatacağı da açıqlanıb. V. Buçnev məzuniyyətdə olmasına baxmayaraq, müntəzəm olaraq işə gəlib-gedirmiş. Hazırda fakt üzrə araşdırma aparılır.

 

V. Busnev 2011-ci ildən Mari El Respublikasının Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl Vyaçeslav Buçnev Kirov rayonunun Polis Şöbəsinin rəisi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar