Rusiyada milli zəmində hər ay iki adam öldürülüb
09 iyul 2014 23:38 (UTC +04:00)

Rusiyada milli zəmində hər ay iki adam öldürülüb

0

Bu ilin əvvəlindən Rusiyada xaricilərə nifrət zəminində 13 adam öldürülüb və 61 adam xəsarət alıb.

Lent.az-ın “AzadlıqRadiosu”-na istinadən məlumatına görə, Moskvada yerləşən “Sova” mərkəzi iyulun 9-da bu haqda açıqlama yayıb.

 

Məlumata əsasən, təkcə Moskvada ilin birinci yarısında milli zəmində 5 adam öldürülüb, 13 adam xəsarət alıb.

 

Milli zəmində hücuma məruz qalanların əksəriyyəti Orta Asiya və Qafqazdan olan mühacirlərdir.

 

Hücum olunanlar arasında Yaponiya və Afrika ölkələrinin də vətəndaşları var. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 649

Oxşar yazılar