Rusiyada məmurlara xarici avtomobillər almaq yasaqlandı
15 iyul 2014 05:38 (UTC +04:00)

Rusiyada məmurlara xarici avtomobillər almaq yasaqlandı

0

Rusiyanın baş naziri Dmitri Medvedev dövlətin xarici ölkələrdə istehsal olunan avtomobillərin alınmasını yasaqlayan qərarı imzalayıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Medvedev bildirib ki, bu tədbir bazarda tarazlığın yaranmasına yardım edəcək.

 

“Qərar yalnız vəzifəli şəxslər, məmurlara aid deyil, bu sənəd  ictimai nəqliyyat, ekstremal xidmət, büdcə təşkilatlarına, o cümlədə kommunal təsərrüfatı, inşaat, habelə bir sıra sahələrə şamil edilir”-deyə,o, vurğulayıb.

 

Mənbə bildirib ki, müxalifət və blogerlər dövlət büdcəsi hesabına məmurların xaricdə istehsal olunan bahalı avtomobillərə minməsini dəfələrlə tənqid ediblər. Bundan başqa dövlət məmurları üçün avtomobillərin qiymətinə məhdudiyyətin qoyulması məsələsi də ölkədə geniş şəkildə müzakirə edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1577

Oxşar yazılar