Rusiyanın Voloqda vilayətində lotereya aparatlarının oğurluğu ilə məşğul olan azərbaycanlı saxlanılıb. Lent.az-ın vilayət polisinin mətbuat xidmətinə istinadən məlumatına görə, adı açıqlanmayan həmin şəxs 29 yaşındadır.
Həmyerlimiz texniki xidmət adı ilə aparatların quraşdırıldığı mağazalara girərək, qurğuların təmirə ehtiyacının olduğunu bildiriblər. Ticarət mərkəzi sahibləri də aparatları ona veriblər. Həmin şəxs isə qurğunu maşına yükləyərək aradan çıxıb. Bu yolla həmyerlimiz 11 aparatı oğurlayıb.
Qeyd edək ki, Azərbaycan sakini Voloqda ərazisindən çıxmağa cəhd edərkən saxlanılıb.