Rusiyanın Zabaykalsk vilayətindən avtofurqonla Xabarovsk şəhərinə ölmüş heyvan daşıyan Azərbaycan vətəndaşı saxlanılıb. Lent.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, maşında axtarış zamanı dabaq xəstəliyinin yayılmasına görə karantin elan edilən regionda veterinar sənədləri olmadan daşınan 25 baş iribuynuzlu heyvan aşkar edilib.
Daha sonra furqona baxış zamanı içəridə ölmüş heyvan cəsədinə də rast gəlinib. Faktla bağlı Azərbaycan vətəndaşına qarşı cərimə cəzası tətbiq edilib və əlavə araşdırma aparmaq üçün onu yerli polis bölməsinə aparıblar.