Rusiyada Krım əlifbası
06 may 2014 21:18 (UTC +04:00)

Rusiyada Krım əlifbası

Krımın ilhaqı Rusiyada əlifbaya da gedib-çıxıb.Lent.az-ın “AzadlıqRadiosu”-na istinadən məlumatına görə,  Rusiyanın İrkutsk şəhərində məktəblilər üçün yeni əlifba hazırlanıb.


Uşaqlar hərfləri əvvəlki kimi sözlərin, şəkillərin  köməyi ilə öyrənir. Əsas yenilik hər hərfə uyğun gələn sözün, şəklin seçilməsindədir. Yeni əlifbada “A” hərfinə uyğun söz olaraq  “anti-Maydan” qoyulub.

 “B” hərfinə uyğun söz  “Berkut”dur. Rusca berkut quşu var, bu quşun şəklini qoymaq olardı, ancaq şəkil kimi Ukraynada “Berkut” xüsusi təyinatlı polis dəstəsinin rəmzinin şəkli qoyulub.

“P” hərfi təbii ki, Putinlə yanaşıdır. “R” – Rusiyadır.

“Q” hərfinə də indiki dövrdə ən uyğun gələn söz  “sərhəd”dir- rusca “Qranitsa”.
   
Əvvəlki əlifbalarda “D” hərfinin yanında ev şəkli olurdu – rusca “dom”. İndiki əlifbada Donetskdir, Ukraynanın şərqindəki şəhər.

Yeni əlifbanı hazırlayanlar bu əlifbanı yazdan məktəblərə tətbiq etmək istəyirlər. Sonra isə bu,  bütün şəhərlərə yayılmalıdır.

Ancaq bir sıra müəllimlər uşaqların bu yolla əlifbaya öyrədilməsini “beyni yuma” və yaxud "beyni doldurma" hesab edir.
    
Bununla belə, bu əlifbanın yaradılması aşağıların təşəbbüsü deyil. Hakim Vahid Rusiya partiyası Krımın ilhaqından sonra “Biz birlikdəyik” adlı məktəb kursunun tədrisini tövsiyə edir. Məqsəd Krımının Rusiya ilə birləşməsini məktəblilərə izah etməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272
avatar

Oxşar yazılar