Rusiyada qatarda da siqaret çəkmək yasaqlanır
17 aprel 2014 04:17 (UTC +04:00)

Rusiyada qatarda da siqaret çəkmək yasaqlanır

Cari il iyunun 1-dən Rusiyada uzaq məsafəyə gedən qatarlarda siqaret çəkəm üçün xüsusi yerlər olmayacaq.

 

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu haqda Rusiya dəmiryolu şirkəti prezidentinin müavini Mixail Akulov açıqlama verib.

 

Bu dəyişiklik 2013-cü ildə qəbul edilmiş “Tənbəki istehlakı və tənbəki tüstüsünün ətraf mühitə təsir göstərməsindən vətəndaşın səhhətinin qorunması haqqında” qanun əsasən gerçəkləşdirilib.

 

Xatırladaq ki, 2013-cü ilin yayından Rusiyada ictimai yerlərin çoxunda, o cümlədən metro stansiyaları, hava limanları, vağzallar, çimərliklər, uşaqlar üçün nəzərdə tutulan meydançalar, liftlər, yaşayış binalarının girişləri, iş yerlərində siqaret çəkmək yasaqlanıb.

 

2014-cü il iyunun 1-dən isə vağzalların platformaları, təyyarələr, habelə restoran, kafe və mehmanxanalarda da siqaret çəkmək qadağan olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445
avatar

Oxşar yazılar