Rusiyada interneti əvəzləyəcək ölkədaxili kommunikasiya şəbəkəsinin yaradılması təklif olunub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu təkliflə Rusiya Federasiya Şurasının üzvü Maksim Kavcaradze çıxış edib.
Senator yeni yaradılacaq şəbəkənin ABŞ və Avropa Birliyinin üzünə qapalı olmasının vacibliyini vurğulayıb: "Yeni kommunikasiya sistemini "Çeburaşka" adlandırmaq olar. Sistemin maliyyələşdirilməsi isə regionların hesabına mümkündür. Biz ABŞ-ın qanadları altından çıxmaq üçün Rusiyadaxili informasiya sisteminin yaradılması barədə fikirləşməliyik. Əks təqdirdə, məlumat sızıntısı davam edəcək".
M.Kavcaradzenin fikrincə, Rusiya bu sistemi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan) üzv ölkələri və ya Asiya-Sakit okean regionu ölkələri ilə yarada bilər: “Bizim baş nazir “Facebook”da, “Twitter”də hara getdiklərini, harada olduqlarını yazırlar. Kimsə də serverdə həmin informasiyaları yığır. Yeni kommunikasiya sisteminin yaradılması informasiya təhlükəsizliyi məsələsidir. Bu sistemi necə adlandıracağımız vacib deyil. "Timsah Gena" və ya “Çeburaşka”... İkincisi daha yaxşıdır. Ona görə ki, “Çeburaşka” heç kəs də yoxdur”.