Rusiyada hərbi helikopter qəzaya uğradı: 4 ölü
08 fevral 2016 22:17 (UTC +04:00)

Rusiyada hərbi helikopter qəzaya uğradı: 4 ölü

0

Rusiyanın Pskov vilayətində hərbi helikopter qəzaya uğrayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Ostrovsk rayonunda qeydə alınıb.

 

Naməlum səbəbdən hərbi hissələrin birinə məxsus Mİ-8 helikopteri qəza enişi edərkən yerə düşüb. Hadisə yerində 4 nəfərin meyiti aşkar edilib.

 

Qəzanın səbəbləri və təfərrüatları barədə hələlik, məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 453

Oxşar yazılar