Rusiyada həmyerlimizi özündən 2 dəfə böyük qadınla evlənməyə qoymadılar
28 aprel 2014 16:32 (UTC +04:00)

Rusiyada həmyerlimizi özündən 2 dəfə böyük qadınla evlənməyə qoymadılar

Rusiyada 28 yaşlı azərbaycanlı Ramin Kərimovun 55 yaşlı sankt-peterburqlu qadınla nikahı qüvvədən düşmüş sayılıb. Lent.az-ın məlumatına görə, bu barədə Petrodvortsovı rayon məhkəməsi qərar çıxarıb.

 

Rusiyanın Federal Miqrasiya Xidməti İdarəsi əməkdaşlarına həmyerlimizin yaşlı qadınla evlənmək istəyi qəribə görünüb. Bundan başqa, Kərimov Rusiya vətəndaşlığı almaq üçün sadələşdirilmiş qaydada ərizə verib. Prokurorluğun apardığı yoxlamalar nəticəsində məlum olub ki, soydaşımız pensiyaçı ilə heç də ailə qurmaq üçün evlənməyib. O, həyat yoldaşı barədə elementar məlumatları, məsələn, doğum tarixi və yeri, həyat yoldaşının yaşadığı ünvan və mobil telefonunun nömrəsini bilməyib. Müəyyən edilib ki, miqrantın “xanımı”nın pula ehtiyacı olub və o, 2000 rubl qarşılığında fırıldaqçılığa razı olub.

 

Prokurorluğun iddiası tam təmin edilib. Əvəzində Kərimovun sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığı almaq üçün ərizəsi rədd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1274
avatar

Oxşar yazılar