Rusiyanın Surqut şəhəri yaxınlığında bağ massivində baş vermiş yanğın nəticəsində 8 yeniyetmə ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.
“Hadisə yerinə ilkin baxış zamanı 5 yeniyetmənin yanmış meyiti aşkarlanıb. Sonradan hadisə yerindən daha 3 nəfərin cəsədi aşkarlanıb”, deyə məlumatda bildirilir.
Məlumata görə, dekabrın 5-i axşam saatlarında yeniyetmələr bağ massivində dostlardan birinin ad gününü qeyd ediblər. Yanğın hamamda baş verib.