APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə Stavropol şəhərinin meri Georgi Kolyagin bildirib.
Onun sözlərinə görə, qondarma "erməni soyqırımı" abidəsi şəhərin "Komsomolskaya Parkı"nda ucaldılacaq: "Abidənin qoyulacağı küçədə əvvəllər erməni məhəlləsi yerləşib. Bu abidənin məqsədini izah etmək üçün yaxşı bir vəsilədir".
Stavropol meri Georgi Kolyagin qondarma "erməni soyqırımı" abidəsi ilə bağlı lazımi sənədlərin Rusiya Mədəniyyət Nazirliyinə göndəriləcəyini də söyləyib.