Rusiyada uçan mədəndə 2 işçi həlak olub - <span style="color:red;">YENİLƏNİB
18 mart 2014 01:10 (UTC +04:00)

Rusiyada uçan mədəndə 2 işçi həlak olub - YENİLƏNİB

0

Rusiyadakı uçan mədəndə 2 işçi həlak olub

Kemerovo vilayətində mədənin uçması nəticəsində iki şaxtaçı həlak olub. Lent.az-ın «RBK»-ya istinadən məlumatına görə, axtarış-xilasetmə işləri başa çatıb.

 

Bir müddət öncə mədəndən 58 işçidən 56-nın çıxarıldığı bildirilmişdi.

 

Mənbə qeyd edib ki, hadisə vilayətin Prokopsk şəhərindəki «Krasnoqor» mədənində baş verib.

***

21.48

Rusiyanın Kemerovo vilayətinin «Krasnoqor» daş- kömür mədənində uçqun olub.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hadisə nəticəsində 17 nəfər uçqun altında qalıb.

 

«İlkin məlumata əsasən, mədəndə 57 nəfər, uçqun zonasında isə 17 işçi olub» -deyə, Fövqəlada Hallar Nazirliyinin yerli bölməsi bildirib.

 

Olay yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar