Rusiyada daha bir mer tutuldu
27 sentyabr 2015 03:32 (UTC +04:00)

Rusiyada daha bir mer tutuldu

0

Məhkəmə Rusiyanın Komi Respublikasının paytaxtı Sıktıvkarın meri İvan Pozdeyevi 2 ay müddətinə həbs edilib. Bu barədə APA “TASS”-a istinadən məlumat yayıb.

 

“Məhkəmə müstəntiqin vəsatətini təmin edərək, İvan Pozdeyev barəsində noyabrın 25-dək həbs qətimkan tədbiri seçib”, deyə hakim bildirib.  

 

Vəkil Pozdeyev barəsində ev dustaqlığı qərarının verilməsini xahiş etmişdi.

 

Qeyd edək ki, İvan Pozdeyevə qarşı iki ittiham– vəzifə səlahiyyətlərini aşma və israfçılıq irəli sürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 447

Oxşar yazılar