Rusiyada blogerlərə qarşı qanun qüvvəyə minib
01 avqust 2014 22:57 (UTC +04:00)

Rusiyada blogerlərə qarşı qanun qüvvəyə minib

Rusiada bu gün qüvvəyə minən yeni qanuna görə, gündəlik 3000-dən çox ziyarətçisi olan bloqlar dövlət qeydiyyatından keçirilməlidir. 
 
Tənqidçilər deyir ki, bu qanun müstəqil internet müəlliflərinə təzyiq məqsədi güdür.
 
Lent.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, avqustun 1-də qüvvəyə minən qanun blogerlərdən tələb edir ki, istifadə etdikləri bloqları Kütləvi İnformasiya Vasitəsi kimi qeydiiyyatdan keçirsin və bu yolla da onların yanlış informasiyasına, nifrət və təhqirlərinə nəzarət tənzimlənsin.
 
Blogerlər mətbuata nəzarət edən Roskomnadzora şəxsi məlumatlarını verməli və bloqa yazılan şərhlərə görə məsuliyyət daşıdıqlarına dair öhdəlik götürməlidirlər.
 
Qanuna əməl etməyən blogerlər 1400 dollar cərimə olunacaq və onların fəaliyyətinə Rusiya ərazisində qadağa qoyulacaq. Oxşar addım atan qurumlar isə 14 min dollarədək cərimələnə bilər.
 
İzvestiya qəzetinin məlumatına görə, Roskomnadzor artıq 7 blogerin adını da açıqlayıb. Onlar arasında yazıçı Boris Akunin, tənqidçi Eduard Limonov, aktyor Mixayıl Qalustyan və fotoqraf Sergey Dolyanın da adları var ("Amerikanın səsi").
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721
avatar

Oxşar yazılar