Rusiyada bir sıra saytlara giriş bağlanıb
14 mart 2014 05:56 (UTC +04:00)

Rusiyada bir sıra saytlara giriş bağlanıb

0

Rusiyada bir sıra saytlara giriş qapadılıb. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «qrani.ru», «yejednevnıy jurnal», «Kasparov.ru» və başqa saytları bağlıdır.

 

Mənbə bildirib ki, «Rostelekom-OnLine», «bilayn», «TTK-Barnauli» və «MQTS»-in abonentləri də girişin mümkünsüz olduğundan şikayət edib.

 

Xəbərə əsasən, saytlar Rusiya Nəzarət Komitəsinin və ya məhkəmənin qərarı ilə bağlana bilər.

 

Xatırladaq ki, bu il fevralın 1-də Rusiyada dəyişiklik edilmiş «İnformasiya texnologiyalar və informasiyaların qorunması haqqında» qanun qüvvəyə minib. Bu qanun hakimiyyətə imkan verir ki, məhkəməyə müraciət etmədən sosial şəbəkə və KİV-ə girişi qapatsın. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1117

Oxşar yazılar