Rusiyada binada partlayış: ölən və yaralananlar var - YENİLƏNİB
30 oktyabr 2015 06:41 (UTC +04:00)

Rusiyada binada partlayış: ölən və yaralananlar var - YENİLƏNİB

0

Son məlumata görə, Rusiyanın Xabarovsk vilayətinin Korfovski qəsəbəsində yaşayış binasında ötən gün axşam saatlarında baş vermiş güclü partlayış nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, daha 10 sakin FHN xilasedicilərin köməyi və ya özləri dağıntılar altından xilas oluna bilib. 

 

***  

 

Rusiyanın Xabarovsk vilayətinin Korfovski qəsəbəsində üçmərtəbəli yaşayış binasında qaz sızması səbəbindən güclü partlayış baş verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 3-cü blokun konstruksiyaları uçub. Son məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 2 yaşlı qız daxil olmaqla, 2 nəfər xəsarət alıb.

 

Dağıntılar altında bir neçə sakinin qaldığı ehtimal edilir, hadisə yerində xilasetmə-axtarış tədbirləri davam etdirilir.

 

Məlumata görə, 27 mənzilli 3 mərtəbəli kərpic bina 1993-cü ildə istifadəyə verilib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 497

Oxşar yazılar