Rusiyada baş vermiş qəzada 5 azərbaycanlı yaralanıb
14 avqust 2015 16:00 (UTC +04:00)

Rusiyada baş vermiş qəzada 5 azərbaycanlı yaralanıb

0
 Rusiyada 5 nəfər Azərbaycan vətəndaşının olduğu mikroavtobus qəzaya uğrayıb.

 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Sızran-Saratov-Volqoqrad  magistralının 197 kilometrliyində, Saratov vilayətinin Volsk rayonunda baş verib. 

 

Mikroavtobusun sürücüsü idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan Azərbaycan vətəndaşları xəstəxanaya yerləşdirilib. Onların arasında üç qadın və bir körpə uşaq var. Yaralananların vəziyyətlərinin ağır olmadığı bildirilir.

 

İlkin məlumatlara görə, mikroavtobus Orsk-Bakı marşrutu üzrə hərəkət edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar