Rusiyada azərbaycanlı şirkət rəhbərini qətlə yetirib
08 fevral 2016 14:32 (UTC +04:00)

Rusiyada azərbaycanlı şirkət rəhbərini qətlə yetirib

0

Rusiyada azərbaycanlı şirkət rəhbərini qətlə yetirib.

 

APA-nın “Tulskiye novosti” saytına istinadən verdiyi xəbərə görə, hadisə fevralın 6-da gecə saatlarında Tula vilayətində baş verib.

 

Elektromontaj işləri ilə məşğul olan “Balqa” MMC-nin direktoru Oleq Buyanov kafe yaxınlığında öldürülüb. Vilayət üzrə İstintaq Komitəsinin yaydığı məlumata görə, firma direktoru ilə milliyyətcə azərbaycanlı olan tanışı arasında münaqişə baş verib. Münaqişəyə səbəb O. Buyanovun azərbaycanlıya borcu olub. Həmyerlimiz O. Buyanova iki zərbə endirib, nəticədə o, hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar