Rusiyada «vodka» bahalaşır
27 fevral 2014 22:26 (UTC +04:00)

Rusiyada «vodka» bahalaşır

Bu il martın 10-da Rusiyada arağın («vodka») minimum qiyməti artacaq. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, həmin tarixdən arağın 0,5 litrlik butulkası 170 rubldan 199 rubladək (təxminən 5 manat) bahalaşacaq.

 

Bu qiymət avqustun 1-dək qüvvədə olacaq. 2014-cü il avqustun 1-dən sonra 0,5 litr arağın pərakəndə satışı 220 rubl olacaq. Beləliklə, əvvəlcə arağın pərakəndə satışı 17 faiz sonra 10,5 faiz bahalaşacaq.

 

 

Bundan başqa spirt istehsalında istifadə olunan xammalın qiymətinin də artacağı planlaşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995
avatar

Oxşar yazılar