Rusiyada 60-dək türk sahibkarı saxlanıldı
27 noyabr 2015 08:17 (UTC +04:00)

Rusiyada 60-dək türk sahibkarı saxlanıldı

Rusiyanın Krasnodar şəhərində 60 nəfər Türkiyə vətəndaşı saxlanılıb. Onların Rusiyanın miqrasiya qanunvericiliyini pozduğu üçün saxlanıldığı bildirilir.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, saxlanılanların  hamısı Krasnodarda keçirilən "YuqAgro" aqrar-sənaye sərgisində iştirak etmək üçün Rusiyaya gəliblər.

 

Məlumata görə, saxlanılan şəxslər sərgidə Türkiyə şirkətlərinin məhsullarını təqdim ediblər və biznes tərəfdaşları ilə ünsiyyət qurublar.

 

“Türklər işgüzar viza almadan turist qismində Rusiyaya gəliblər”, məlumatda deyilir.

 

Türkiyəli iş adamlarının sözlərinə görə, onlar qanunu pozduqlarından xəbərsiz olublar: “Biz gömrüyü keçərkən bizdən Rusiyaya gəlişin məqsədi barədə soruşdular. Biz də sərgidə iştirak etmək üçün gəldiyimizi dedik. Biz səfərin məqsədinin rəsmiləşdirilməsi zamanı sənəddə harada nə qeyd edəcəyimizi soruşduq və bizə dedilər ki, turist kimi qeyd edin. Bizim şirkət ilk dəfədir bu sərgidə iştirak edir. Biz bu sərgiyə iştirakımızın əsas məqsədi, gələcəkdə satış üçün hansısa xammalın ixracına dair Rusiyadan tərəfdaş tapmaqdır”, deyə Türkiyə şirkətinin rəhbəri Barış Halkan jurnalistlərə bildirib.

 

Bir gün nəzarətdə saxlanıldıqdan sonra iş adamlarından bir qrupu məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onlar barəsində 10 gün Soçidə qanunsuz miqrantların toplama məntəqəsində saxlanılmasına və daha sonra ölkədən çıxarılmasına dair qərar verib.

 

Saxlanılan iş adamları bundan əvvəl bu tip tədbirlərə turist qismində gəldiklərini və heç bir problemlə üzləşmədiklərini bildiriblər.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35