Rusiyada 3,7 milyon qanunsuz miqrant var
29 aprel 2014 13:01 (UTC +04:00)

Rusiyada 3,7 milyon qanunsuz miqrant var

“Bu gün Rusiya ərazisində 3,7 milyon nəfər xarici vətəndaş var. Bu insanlar Rusiyada qanunla nəzərdə tutulan 90 gündən artıq müddətdə qalanlardır”.


 

APA-nın Moskva müxbiri xəbər verir ki, bu sözləri Rusiya Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadanovski deyib.

 

Onun sözlərinə görə, hazırda 3,7 milyon nəfər miqrant qanunsuz olaraq Rusiya ərazisində əmək fəaliyyəti göstərir: "Həmin miqrantların çoxu MDB ölkələrindən gələnlərdir. Onlar qanuni olaraq bizim ölkəmizə gəlirlər, lakin qanunda nəzərdə tutulmuş müddətdən artıq Rusiya ərazisində qalırlar. Onların çoxu bilərəkdən bu qanun pozuntusuna yol verir. Çünki ölkəsinə qayıtmağın maddi cəhətdən perspektivli olmadığını başa düşülər. 3,7 milyon nəfər miqrantın 40 faizi 17-29 yaş arasında olanlardır ki, onların da əksəriyyəti rus dilini bilmirlər".

 

Qeyd edək ki, keçən ay FMX rəisinin müavini Anatoli Kuznetsov Rusiya ərazisində 3 milyona yaxın qanunsuz miqrantın olduğunu söyləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516
avatar

Oxşar yazılar