Rusiya Yəmənə dair qətnamə layihəsi təqdim etdi
04 aprel 2015 23:41 (UTC +04:00)

Rusiya Yəmənə dair qətnamə layihəsi təqdim etdi

Rusiya BMT Təhlükəsizlik Şurasına Yəmənlə bağlı qətnamə layihəsini təqdim edib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, qətnamədə hərbi əməliyyat zonasında “humanitar fasilənin” yaranmasının vacibliyi qeyd olunub.

 

Rusiya Səudiyyə Ərəbistanının rəhbərliyi ilə ərəb ölkələri koalisiyasına müraciət edərək, husilərə qarşı hava zərbələrini müvəqqəti dayandırmağa, əcnəbi vətəndaşların Yəməni tərk etməsinə imkan yaratmağa çağırıb.

 

Bundan əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi Yəməndə humanitar yardıma ehtiyac olanlara yardımın göndərilməsi üçün bir sutkalıq atəşkəsin elan edilməsinə çağırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 113
avatar

Oxşar yazılar