Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanovun Kuril arxipelaqına aid İturup adasına səfəri Yaponiya hökumətinin etirazına səbəb olub. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşide Suqa S.İvanovun səfərindən təəssüfləndiklərini bildirib: “Bu səfər Moskva və Tokio arasında aparılan danışıqlara təsir edəcək. Sergey İvanovun səfəri bizdə təəssüf hissi doğurur”.
Siyasilər S.İvanovun İturup adasına səfərini Yaponiyanın Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfəri ilə bağlı dəvətini geri götürməsinə cavab addımı kimi qiymətləndirir.
Kuril adaları İkinci Dünya Müharibəsindən sonra SSRİ-nin nəzarətinə keçib. Yaponiya isə Kuril adalarına Rusiyaya güzəştə getmək istəmir.