Rusiya Xarici İşlər Nazirliyi Odessada baş verən faciəli hadisələrlə əlaqədar bəyanat yayıb.
APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, bəyanatda baş verənlər Ukrayna hakimiyyətinin “cinayətkar məsuliyyətsizliyinin nəticəsi” kimi qiymətləndirilir.
Qeyd olunur ki, Ukraynada radikal millətçilər, o cümlədən “Pravıy sektor” ölkənin federallaşmasının və real konstitusion dəyişikliklərin tərəfdarlarına qarşı fiziki terror aparmaqla məşğuldur: “Rusiya XİN bu hadisələri kəskin qınayır, rəsmi Kiyevi və onun qərbli himayəçilərini güc özbaşınalığına son qoymağa, Ukrayna xalqı qarşısında məsuliyyət nümayiş etdirməyə çağırır”.