Rusiyanın Xarici İşlər Nazirliyi sensasiyalı açıqlama ilə çıxış edib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Rusiya XİN-in “Facebook”-dakı səhifəsində yayılan müraciətdə bildirilib: “Ukraynanın şərqindən “Sağ sektor”-un yaraqlıları və ABŞ-ın “Greystone” təşkilatının üzvləri orduya yardıma gəlir”.
Mənbənin məlumatına əsasən, Ukrayna Daxili İşlər Nazirliyi qoşunun qarşısında qoyulan “başlıca vəzifə cənub-şərqdəki etirazçıları əzməkdir”.
Mənbə vurğulayıb ki, əsas rahatsızlıq “bu əməliyyata ABŞ-ın xüsusi təyinatlı "Greystone" hərbi hissəsinin 150-yə yaxın mütəxəssisinin cəlb edilməsidir”.
Bu informasiya Rusiya Xarici İşlə Nazirliyinin rəsmi saytına yüklənməyib.