Mariya Qaydar Mixail Saakaşvilinin rəsmi müavini elan olunub.
Lent.az-ın anspress-ə istnadən məlumatına görə, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Odessa dövlət administrasiyasının sədr müavini vəzifəsinə öz müşaviri Mariya Qaydarı təyin edib.
"Mariya Rusiyanın Putin rejimi ilə mübarizə aparan ən parlaq siyasi liderlərindən biridir. O, iqtisadçıdır, Moskva Xalq Təsərrüfatı Akademiyasında və Harvard Universitetində təhsil alıb. Mən onun atası Eqor Qaydarı şəxsən tanıyırdım və hörmət edirdim.
Mariya Ukrayna vətəndaşlığı alması barədə Ukrayna prezidentinin adına ərizə verib. O, Rusiya vətəndaşlığından imtina edib", - deyə Mixail Saakaşvili öz "Twitter" səhifəsində paylaşıb.
Mariya Qaydar özü jurnalistlərə açıqlamasında bildirib ki, Odessadakı uğurlu dəyişikliklər bütün dünyadakı vəziyyətə təsir edəcək.
"Mən istəyirəm ki, ukraynalılar bilsinlər ki, rus xalqı təkcə hökumətdən ibarət deyil, oradakı insanlar sizin ölkənizə ümidlə baxır", - deyə o əlavə edib.

Rusiya vətəndaşlığından imtina etdi, Saakaşvilinin müavini oldu
Oxşar yazılar

İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39
Ana və körpəsini öldürüb meyitləri meşəyə atdılar
30 iyun 2025 , 14:43
Dini bayramda izdiham: 3 ölü, 50 yaralı
30 iyun 2025 , 07:29
Sensasion açıqlama: ABŞ nüvə obyektlərini vuracağını əvvəlcədən İrana deyib
30 iyun 2025 , 04:27