Rusiyanın “Mi-35” vertolyotu Ukraynanın dövlət sərhədini keçərək, Ukraynanın hərbi karvanını müşayiət edib.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bu haqda Anti-Terror Əməliyyatı mətbuat mərkəzinin başçısı Vladislav Seleznyov açıqlama verib.
“Rusiya silahlı qüvvələrinin atəş dəstəyi ilə “Mi-35” Ukraynanın Kuybışev rayonu ərazisində sərhədini pozub. Vertolyot bir müddət bizim hərbi karvanımızı müşayiət edib”-deyə, o, bildirib.