Rusiya və Misir dənizdə birgə təlimlər keçirəcək
06 iyun 2015 21:31 (UTC +04:00)

Rusiya və Misir dənizdə birgə təlimlər keçirəcək

0

Aralıq dənizində Rusiya və Misir hərbi dəniz qüvvələrinin “Dostluq körpüsü-2015” ilk birgə təlimləri  keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

 

“Təlimlərin məqsədi Rusiya və Misir hərbi dəniz qüvvələri arasında hərbi əməkdaşlığı möhkəmləndirilmək və inkişaf etdirməkdir”, deyə məlumatda bildirilir.

 

Rusiya və Misir hərbi dəniz qüvvələrinə məxsus gəmilər iyunun 6-dan 14-dək aviasiyanın dəstəyi ilə dəniz yollarının müxtəlif təhlükələrdən qorunması tapşırıqlarını yerinə yetirəcəklər.  

 

Az öncə Rusiya hərbi gəmiləri Misirin İsgəndəriyyə limanına daxil olub.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar