Rusiya və İran Xəzərdə birgə hərbi təlimlər keçirəcək
19 oktyabr 2015 14:35 (UTC +04:00)

Rusiya və İran Xəzərdə birgə hərbi təlimlər keçirəcək

Xəzər dənizində Rusiya-İran birgə hərbi-dəniz təlimləri keçiriləcək.

 

APA-nın "Fars" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin birinci dərəcəli kapitanı Əhməd Reza Bakeri bildirib. O qeyd edib ki, İran Hərbi Dəniz Qüvvələrinə məxsus 3 raket  gəmisi Həştərxana yola düşüb. Gəmilərin səfəri 14 gün davam edəcək.

 

Əhməd Reza Bakerinin sözlərinə görə, İran gəmilərinin Rusiya və Azərbaycan limanlarına yan alması donanmalar arasında əlaqələrin gücləndirilməsi və dənizçilərin təlimləri ilə bağlıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar