Rusiya Suriyada atəşkəsin pozulmasına dair məlumatları ABŞ-ın İordaniyanın paytaxtı Ammandakı Barışdırma Mərkəzinə təqdim edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Suriyadakı Barışdırma Mərkəzinin rəisi general-leytenant Sergey Kuralenko bildirib.
“Suriyada atəşkəsin pozulmasına dair bizdə olan bütün məlumatlar ABŞ-ın Ammandakı Barışdırma Mərkəzinə təqdim edilib”, - deyə Kuralenko bildirib.
Qeyd edək ki, Suriyada fevralın 27-dən etibarən atəşkəs rejimi rəsmən qüvvəyə minib.
Atəşkəs rejimi “Cəbhə ən-Nüsrə”, İŞİD və bir neçə terror qruplaşmalarına şamil edilmir.