“Əgər amerikalılar rusiyalı müştəriləri ilə işləməkdən imtina etsələr, onlara bizimlə işləməyi təklif etməyə şad olaram”.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bunu adının açıqlanmasını istəməyən Çin banklarından birinin yüksək vəzifəlisi deyib.
Mənbə bildirib ki, ötən il Rusiya Çinlə Uzaq Şərq və Sibirin cənubundakı iri infrastruktur layihələrin azı 5 milyard dollar həcmində maliyyələşdirilməsi haqda razılığa gəlmişdi.
Krımın ilhaqından sonra əməkdaşlığın genişlənəcəyi gözlənilir. Kerç boğazında nəqliyyat dəhlizinin tikintisi üçün 1,2 – 3 milyard dollar dəyərində layihəni Çinin dövlət və özəl şirkətləri cəlb edilə bilər.
Mənbə xatırladıb ki, “Foreign Policy” jurnalı hələ “referendum”dan öncə Krımla bağlı vəziyyət Rusiya ilə Çini biri-birinə yaxınlaşdıra bilər, bu isə ikinci sərfəli olacağını yazmışdı.
Xatırladaq ki, ötən illərdə İranla əməkdaşlığa görə Çin şirkətlərinə ziyan dəyib.