Rusiya Ukraynaya verəcəyi təbii qazın pulunu əvvəlcədən istəyir
09 may 2014 04:13 (UTC +04:00)

Rusiya Ukraynaya verəcəyi təbii qazın pulunu əvvəlcədən istəyir

Moskva Kiyevdən Ukraynaya satdığı təbii qazın pulunun əvvəlcədən ödənilməsini tələb edir.

 

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu bəyanatla Rusiyanın energetika naziri Aleksandr Novak çıxış edib.

 

Məlumata əsasən, “mavi yanacağın” pulunun əvvəlcədən ödənilməsi rejimi bu ilin iyunundan tətbiq olunacaq.

 

Bir müddət öncə Rusiya “Qazprom”-unun təmsilçisi Sergey Kupriyanov Ukraynanın aprel üçün borcunun 3,508 milyard dollara çatdığını söyləyib.

 

Mayın 7-də Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib ki, Rusiya qazın min kub metrini 268 dollara satılması şərtinə qayıdarsa, rəsmi Kiyev borcunu 10 günə ödəməyə hazırdır.

 

Xatırladaq ki, Rusiya ilə Ukraynan arasında bağlanmış müqavilədə qazın min kub metri 268,5 dollara razılaşdırılıb. Ancaq bu ilin fevralında Ukraynada baş verən olaylardan sonra Moskva “mavi yanacağın” qiymətini 485 dollara qaldırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492
avatar

Oxşar yazılar