Rusiya Ukraynaya nota verdi
03 aprel 2014 15:03 (UTC +04:00)

Rusiya Ukraynaya nota verdi

0

Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Moskvadakı səfirliyinə nota verib. Nota Rusiya Qara dəniz donanmasının Ukrayna ərazisində yerləşdirilməsinə dair sazişlərin qüvvədən düşməsini nəzərdə tutan qanunun tətbiqi ilə əlaqədardır. APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, söhbət 4 beynəlxalq müqavilədən gedir.

 

Rusiya XİN-də bildiriblər ki, qəbul olunmuş qərar sazişlərin qüvvədə olduğu müddətdə əmələ gələn maliyyə öhdəliklərinə toxunmur. Rusiya Federasiya Şurasının aprelin 1-də qəbul etdiyi qanun 1997-ci ilin mayın 28-də Rusiya ilə Ukrayna arasında imzalanmış müqavilələri qüvvədən salır. Həmin müqavilələr Qara dəniz donanmasının bölgüsünü, donanmanın Ukrayna ərazisindəki statusunu və müvafiq qaydaları müəyyənləşdirirdi.

 

Yeni qanun həmçinin 2010-cu ilin aprelin 21-də Xarkovda imzalanmlş sazişlərə şamil edilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1926

Oxşar yazılar