Rusiya Ukraynanın cənub-şərqindən əl çəkdi
11 aprel 2014 18:55 (UTC +04:00)

Rusiya Ukraynanın cənub-şərqindən əl çəkdi

“Rusiya Ukraynanın cənub-şərq vilayətlərini öz tərkibinə daxil etmək niyyətində deyil. Çünki bu, ölkəmizin maraqlarına ziddir”. Lent.az-ın məlumatına görə, bunu “Rossiya 1”ə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

Bununla yanaşı, nazir Ukrayna hökumətinin regionlara böyük səlahiyyətlərin verilməsi barədə vədini yerinə yetirəcəyinə, bu addımın ardınca isə konstitusion referendumunun keçirəcəyinə inam ifadə edib: “Biz əminik ki, hazırda Ukraynada gərəkli olanı bütün regionların iştirakı ilə konstitusion referendumu və bunun əsasında azad, ədalətli, ümumxalq prezident, parlament və yerli özünüidarəetmə seçkilərinin keçirilməsidir”.

 

Lavrov Ukraynanın cənub-şərq vilayətlərində guya rus agentləri və hərbi qulluqçularının olmasını təkzib edib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti Ukraynada sülhməramlıların peyda olmasına ehtiyac görmür.

 

Qeyd edək ki, Ukraynada fevralın sonlarında baş vermiş hakimiyyət dəyişikliyindən sonra Krımda yarımadanın Rusiyaya birləşdirilməsi barədə referendum keçirilib. Səs verənlərin 96 faizi bu qərarı dəstəkləyib. Martın 18-də Krım və Sevastopolun Rusiyaya yeni subyektlər qismində daxil edilməsinə dair rəsmi müqavilə bağlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1343
avatar

Oxşar yazılar