Rusiya Ukraynadakı separatçıların seçkilərini tanımadı
07 noyabr 2014 17:31 (UTC +04:00)

Rusiya Ukraynadakı separatçıların seçkilərini tanımadı

0

“Moskvanın “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nda keçirilən seçkilərin yekunları ilə bağlı mövqeyi Xarici İşlər Nazirliyinin bəyanatında “hörmət edirik” sözü ilə ifadə olunub. Bu, “tanıyırıq” demək deyil”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

 

O bildirib ki, “hörmət etmək” və “tanımaq” sözləri arasında fərq var: “Bunlar fərqli sözlərdir. “Hörmət edirik” ifadəsi xüsusilə seçilib”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 983

Oxşar yazılar