Rusiya Ukrayna vətəndaşları üçün güzəştli rejimi ləğv etdi
01 noyabr 2015 07:39 (UTC +04:00)

Rusiya Ukrayna vətəndaşları üçün güzəştli rejimi ləğv etdi

0

Rusiyada noyabrın 1-dən  Ukrayna vətəndaşlarının ölkə ərazisində qalması üçün tətbiq edilən güzəştli rejim ləğv edilib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, güzəştli rejim yalnız Ukraynanın cənub-şərqindən olan qaçqınlara tətbiq ediləcək. Qalan ukraynalılar isə əmək fəaliyyəti üçün patent, müvəqqəti yaşamaq üçün icazə və sair sənədlər olmadığı halda Rusiya ərazisində 180 gün ərzində yalnız 90 gün qala biləcəklər.   

 

“Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olan Ukrayna vətəndaşları Rusiya ərazisində olma  müddətini uzatmaq üçün patent almaq üçün Federal Miqrasiya Xidmətinə müraciət etməlidirlər”, deyə FMX rəhbəri Konstantin Romodanovski bildirib.   

 

Onun sözlərinə görə, noyabrın 1-dən Ukrayna vətəndaşlarının hüquqi və ya əmək statusunu rəsmiləşdirmək üçün  30 gün vaxtı olacaq. “Dekabrın 1-dən qanun pozucuları barəsində girişə qadağa daxil olmaqla inzibati qaydada müvafiq tədbirlər görüləcək”,  deyə Konstantin Romodanovski bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar