Rusiya türkiyəli turistləri geri qaytarır
27 noyabr 2015 14:38 (UTC +04:00)

Rusiya türkiyəli turistləri geri qaytarır

0

Rusiyaya səfər edən Türkiyə vətəndaşları ilə bağlı problem davam etməkdədir. APA-nın”Milliyet”ə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında 15 nəfərlik qrup Moskva hava limanından “Aeroflot”la geri göndərilib. Onlardan bəziləri əşyalarının Rusiya gömrüyündə itdiyini açıqlayıb. Turistlər 20 saata yaxın havalimanında ac-susuz saxlanılıblar. Qaytarılan qrup arasında pasportunda işçi vizası olanlar da var.

 

Xatırladaq ki, ötən gün Rusiyanın Krasnodar vilayətində sərgiyə dəvət olunan 60 nəfərlik türkiyəli qrup saxlanılıb. Bir günlük həbsdən sonra bu gün məhkəməyə çıxarılan biznesmenlərin Soçi şəhərindəki düşərgəyə göndəriləcəkləri bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar