Türkiyənin Rusiyanın bombardmançı təyyarəsini vurmasından sonra bu ölkələr arasında iqtisadi əlaqələr də gərginləşib. Lent.az İnterfax-a istinadən xəbər verir ki, Rusiya Türkiyədən satın ağ ət (toyuq əti) almağı dekabrın 1-dək dayandırıb.
Qeyd edək ki, Türkiyə Rusiyaya keçən il 16 milyon dollarlıq toyuq əti ixrac edib. Bu il isə ixracın 23,5 milyon dolar olacağı gözlənilirdi.