Rusiya Türkiyə-Yunanıstan sərhədinə ildə 47 mlrd kubmetr qaz tədarük edəcək
08 fevral 2015 07:30 (UTC +04:00)

Rusiya Türkiyə-Yunanıstan sərhədinə ildə 47 mlrd kubmetr qaz tədarük edəcək

Rusiyanın “Qazprom” konserni  Türkiyə-Yunanıstan sərhədinə ildə 47 mlrd kubmetr qaz tədarük edəcək. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün şirkətin yaydığı pres relizdə bildirilir.

 

Qeyd edək ki, fevralın 7-də “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller və Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Rusiyadan Türkiyəyə Qara dənizin dibi ilə qaz borusunun çəkilməsini nəzərdə tutan layihəni müzakirə ediblər.   

 

Məlumata görə, yaxın günlərdə borunun Türkiyə məxsus dəniz hissəsində layihə-tədqiqat işlərinin aparılması üçün müvafiq icazənin alınması gözlənilir.  

 

“Qaz borusunun layihələndirilməsi zamanı İstanbul bölgəsində qaza artan tələbat nəzərə alınacaq. Bununla əlaqədar  Türkiyə-Yunanıstan sərhədinə tədarük ediləcək qazın həcmi dəqiqləşdirilib – ildə 47 mlrd kubmetr”, deyə açıqlamada qeyd olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar