Rusiyanın Ukrayna ilə sərhədyanı rayonlarında ağır hərbi texnikanın hərəkəti müşahidə olunur.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Rostov vilayətində tanklar, “BTR” və KamAZ-lardan ibarət kolon görünüb.
Sosial şəbəkələrdə yayılan xəbərlərdə bildirilir ki, zirehli texnikanın üzərində “Sülhməramlı missiya” sözləri yazılıb.
Həmçinin Ukrayna sərhədindən 100 km aralıda 12 hərbi helikopterin uçuşu müşahidə olunub.