Rusiya qırıcıları Suriyada İŞİD-i vurdu -<span style="color:red;"> İLK DƏFƏ
30 sentyabr 2015 17:57 (UTC +04:00)

Rusiya qırıcıları Suriyada İŞİD-i vurdu - İLK DƏFƏ

0

Rusiyanın hərbi hava qüvvələri Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara qoşulub. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Suriyada ilk dəfə açıq hərbi əməliyyatlara qoşulan Rusiyanın İŞİD-i bombalamazdan əvvəl bu barədə ABŞ-ı məlumatlandırdığı bildirilir.

 

Məlumata görə, Putin Nyu-Yorkdan qayıdan kimi Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. Bundan sonra Putin Suriyaya hərbçilərin göndərilməsi ilə bağlı parlamentin yuxarı palatasının razılıq verməsini istəyib. Duma da öz növbəsində ölkə başçısının təklifinə razılıq verib və Rusiya hərbi hava qüvvələrinin İŞİD-ə zərbələr endirməsinə qanuni zəmin yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar