Bir sıra hava şirkətləri Ukraynanın hava məkanından beynəlxalq uçuşları etməyəcəklərini bildirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Rusiyanın “Transaero” və “S7”, eləcə də Almaniyanın “Lufthansa” hava şirkəti uyğun bəyanatla çıxış edib.
Ukraynanın hava məkanı rəsmi olaraq, qapadılmayıb. Bununla belə ölkənin Donetsk vilayətində Malayziya hava şirkətinə məxsus “Boing-777” təyyarəsi qəzaya uğrayandan sonra şirkətlər elə qərar qəbul edib.
Xatırladaq ki, təyyarə Amsterdamdan Kuala-Lumpura uçurmuş.