Aprelin 19-da Rusiyanın dövlət duması Koreya Xalq Demokratik Respublikasının (KXDR) keçmiş SSRİ-yə olan 10 milyard dollar borcunun bağışlanması haqda qərar qəbul edib.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, əldə edilən razılıq çərçivəsində Rusiya Şimali Koreyaya birgə layihələrin maliyyələşdirilməsi üçün daha bir milyard borc verməyi planlaşdırır.
Anlaşmaya əsasən, Rusiya tərəfi “Qazprom” şirkətinin KXDR ərazisində qaz kəməri inşa etmək üçün razılıq alacağına ümid edir.
Mənbə xatırladıb ki, Kubanın SSRİ-yə olan 30 milyard dollar borcu ilə bağlı məsələ hələ öz həllini tapmayıb.