Rusiya qoşunları Ukraynada daha 2 hərbi hissəni ələ keçirdi
03 mart 2014 10:59 (UTC +04:00)

Rusiya qoşunları Ukraynada daha 2 hərbi hissəni ələ keçirdi

0

Rusiya qoşunları Ukraynadakı hərbi hissələrin işğalını davam etdiriblər. Lent.az-ın “Ukrainskaya Pravda”ya istinadən məlumatına görə, Belbekdə 4515 saylı hərbi hissənin bütün binaları işıqlı-səsli qumbaralardan istifadə edilməklə ələ keçirilib. 

 

Ukraynalı əsgərlərdən biri nəql edir: “Əvvəlcə dedilər ki, silahı yerə qoyun. Qarovul imtina etdi. Axşam vaxtı isə işıqlı-səsli qumbaralar atmağa başladılar. Biz cavab vermədik. Çünki “yuxarı”dan əmr yoxdur. Onlar silahlarımızı ələ keçirdilər. Döyüşmək üçün əmrimiz olmadığından, təxribata cavab vermədik. Qarovulu və anbarı onlara verdik”.

 

Yalnız inzibati bina və bayraq Ukrayna qoşunlarının nəzarəti altında qalıb. Ukrayna əsgərləri müdafiə mövqeyi seçib. Komandir və hərbi hissə döyüşə hazırdır.

 

Bununla yanaşı, Balaklavdakı 2382 saylı hərbi hissə də işğal olunub. Bu barədə “Qromadskaya TV”də hərbçilərdən birinin anası danışıb. O bildirib ki, Rusiya qoşunları gecə saat 01:30-da etdikləri ikinci həmlədə hərbi hissədə olan Ukraynanın 50 hərbçisini ələ keçiriblər. Onları “Krım ordusu”na keçməyə ərizə yazmağa və ya istefaya getməyə məcbur ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1612

Oxşar yazılar